İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatla partiya sədri arasında Rusiya mübahisəsi - VİDEO

1653 11.12.2021 13:48 Ölkə A A

Musa Qasımlı: “Zəngəzur dəhlizinin açılması Rusiyanın faydasınadır – kimlər Rusiyanın o dənizlərə gedib çıxmasını istəmir?”

Sülhəddin Əkbər: “Rusiya istəyərmi ki, Azərbaycan bütövləşsin, Azərbaycan Türkiyə ilə birləşsin və türk dünyasının yolu açılsın və türk dünyası birləşsin? İstəməz!”


“Zəngəzir dəhlizinin açılması Rusiyanın faydasınadır”. Bu sözləri bu gün “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə efirə gedən “Dərin Təhlil” verilişində millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib.

Musavat.com xəbər verir ki, M.Qasımlı deyib ki, Rusiya Naxçvan üzərindən Fars körfəzinə gedib çıxa bilir: “Biz geosiyasi baxımdan yanaşanda bunu yaddan çıxarmamalıyıq. Kimlər Rusiyanın o dənizlərə gedib çıxmasını istəmir? Çinin və Ermənistanın da faydasınadır. Bəs kimlərin faydasına deyil?”

1877c0f4-b25f-4762-a4a6-debf88939320.jpg (165 KB)

Deputatın bu sözləri müzakirədə iştirak edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin etirazına səbəb olub və tərəflər arasında aşağıdakı dialoq baş verib.

14c03e13-1af3-4886-ad79-ddf78e10acc3.jpg (164 KB)

S.Əkbər: Bu dəqiqə Xəzər və İran üzərindən isti dənizlərə çıxa bilər.

M.Qasımlı: Hansı daha sərfəlidir?

S.Əkbər: Nə dəyişiklik olacaq ki? Zəngəzur açılsa da, yenə İranın üzərindən gedib çıxacaq, ya da Astara üzərindən. Mənə elə gəlir ki, analiz edəndə birtərəfli etməyək. Rusiya istəyərmi ki, Azərbaycan bütövləşsin, Azərbaycan Türkiyə ilə birləşsin və türk dünyasının yolu açılsın və türk dünyası birləşsin? İstəməz. Rusiya müəyyən güzəştlərə getmək zorundadır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR