İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SƏRT XƏBƏRDARLIQ: “Azərbaycanın qırmızı xəttini keçməsinlər!”

983 11.03.2024 17:10 Siyasət A A

Ötən gün Rəşt şəhərindəki İslam Azad Universitetində “Talış - İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib.

İran mətbuatı yazır ki, əsas təşkilatçı Azərbaycandan deportasiya edilmiş Əhməd Kazemi çıxışında Boris Talışinskiyə “Şimali Talışstanın mərhum prezidenti general Əlikram Hümbətovun varisi” deyə müraciət edib. Bunu isə ölkəmizdə milli və etnik zəmində sabitliyi pozmağa yönələn tədbir kimi dəyərləndirmək mümkündür.

Millət vəkili Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, İran və Azərbaycan arasında münasibətlər yeni mərhələyə keçib, belə olan təqdirdə buna xələl gətirə biləcək addımlardan çəkinmək lazımdır:

“Bir müddət öncə İran tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan və İran arasında münasibətlər gərginləşmişdi. İki ölkə arasında münasibət ən ağır mərhələyə çatmışdı. Sonrakı dövrdə hər iki dövlətin səyi nəticəsində gərginlik azaldı. Bu gün iki ölkə arasında münasibətlər yeni mərhələyə keçib. Yaxın zamanda səfirliyin yenidən fəaliyyətə başlaması məsələsi nəzərdən keçirilir. İki ölkə arasında yeni “körpü” tikilir. Belə olan təqdirdə İranda belə tədbirlərin keçirilməsi, dövlət tərəfindən bunun qarşısının alınmaması birmənalı qarşılanmamalıdır. Əgər münasibətləri normallaşdırmaq istəyiriksə, İran tərəfi diqqətli olmalıdır, Azərbaycanın qırmızı xəttini keçməməlidir. Azərbaycanda İran mövzusu ilə bağlı hər hansı tədbir keçirildiyi zaman İran tərəfi sərt reaksiya verir. İran tərəfi də belə məsələlərin Azərbaycan üçün çox həssas olduğunu nəzərə almalıdır. İnsanların sərsəmləməsinə imkan verilməməlidir, əks halda münasibətlər gərginləşə bilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR