İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Paşinyanla bağlı MÜHÜM MESAJ FOTO

617 11.06.2026 11:40 Gündəm A A

“Ermənistan cəmiyyəti sülhə səs verdi. Azərbaycanın təşəbbüsləri nəticə verdi”.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda tədbirdə millət vəkili Rizvan Nəbiyev bildirib.

WhatsApp Image 2026-06-11 at 11.30.04.jpeg (116 KB)

Millət vəkili qeyd edib ki, Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişi layihəsi 17 maddədən ibarətdir:

“Sülh sazişinin 15 maddəsi və preambula bilavasitə sülh gündəliyini tənzimləyir. Diplomatik münasibətlərin qurulması üçün güclü hüquqi zəmin olmalıdır. Sülh sazişi qüvvəyə mindikdən sonra möhkəm hüquqi baza üzərində imzalanması vacibdir. Fikrimcə, Nikol Paşinyan siyasi iradə tapmalı və hüquqi mexanizmlərdən düzgün istifadə etməlidir”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR