İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratiya mücahidi: Hikmət Hacızadə ilə vida mərasimindən - Videoreportaj

1735 20.11.2020 14:49 Reportaj A A

 Bu gün Azərbaycanın Xalq Hərəkatının fəallarından olan, Elçibəy hakimiyyəti dövründə Baş nazirin müavini və Rusiyada səfir vəzifələrində işləmiş Hikmət Hacızadə dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev bir neçə saat öncə Yasamal qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Hikmət Hacızadənin əqidə yoldaşları, ölkənin tanınmış ictimai-siyasi fəalları, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, REAL Partiyasının sədri İlqar Məmmədov və bir çox təşkilatların üzvləri iştirak ediblər.



İ.Qəmbər H.Hacızadənin vəfatını böyük itki adlandırıb, onun dəyərli bir ziyalı olduğunu vurğulayıb. Həmçinin, A.Hacılı Hikmət Hacızadənin ölkə üçün xidmətlərindən, demokratiya uğrunda mübarizəsindən danışıb.

Qeyd edək ki, H.Hacızadə bir neçə gün əvvəl insult keçirmişdi. O, 1954-cü ildə Bakıda anadan olub. Mərhumun dəfn mərasimindən videoreportajı təqdim edirik:

Emil Salamoğlu,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR