İnsanlara hürriyət, millətlərə istiqlal!

De Byazi ilə müqavilənin müddəti sabah başa çatır - AFFA-dan AÇIQLAMA

1010 29.09.2022 13:58 İdman A A


Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin AFFA ilə müqaviləsinin müddəti sabah başa çatır.

İtaliyalı mütəxəssisin yığmadakı taleyi isə qeyri-müəyyəndir. Bəs federasiya de Byazinin millidəki fəaliyyəti ilə bağlı qərarı nə vaxt verəcək?

Musavat.com xəbər verir ki, bununla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla futbolpress-ə açıqlamasında qərarın qurumun İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib:

“De Byazinin millidəki gələcəyi ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ müəyyənləşməyib. Bununla bağlı yenilik olanda rəsmi məlumat veriləcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR