FIFA Dünya Kubokunun qrup mərhələsində komandaların sıralanmasında ümumi top fərqini əsas meyar olmaqdan çıxarıb.
Artıq şəxsi oyun nəticələri üstün tutulacaq.
Qrupda xalları bərabər olan komandaları fərqləndirmək üçün əvvəlcə onların bir-birlərinə qarşı keçirdikləri oyunların nəticələrinə baxılacaq, yalnız bundan sonra ümumi top fərqi nəzərə alınacaq.
Qeyd edək ki, daha əvvəl əsas göstərici top fərqi idi. (Offsideplus.az)






