İraqın Ərbil şəhərində yerləşən ABŞ hədəflərinə zərbə endirilib.
Musavat.com xəbər verir ki, yayılan peyk görüntüləri Ərbil beynəlxalq hava limanında ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunun vurulduğunu təsdiqləyir.
Məlumata görə, hərbi obyekt İranın "Shahed-136" kamikadze dronu ilə hədəf alınıb və zərbə nəticəsində tamamilə məhv edilib. İtki və dağıntıların miqyası barədə hələlik rəsmi açıqlama verilməyib. ABŞ tərəfi hadisə ilə bağlı hərbi rəyin hazırlanacağını bildirib.
Musavat.com






