ABŞ-də iranlı iş adamı Rza Zərrab barəsində uzun illər davam edən məhkəmə işi üzrə hökm elan olunub.
Musavat.com xəbər verir ki, bu barədə Cumhuriyet nəşri məlumat yayıb.
Nyu-Yorkun Manhetten Cənub Dairəsi Federal Məhkəməsinin hakimi Riçard Berman Rza Zərrabın həbsdə keçirdiyi müddətin cəza kimi hesablandığını bildirib və ona əlavə həbs cəzası təyin etməyib. Beləliklə, Zərrab yenidən həbsxanaya göndərilməyəcək və məhkəmə işi başa çatmış hesab olunur.
Hakim Riçard Berman bugünkü iclasda Zərraba artıq həbsdə keçirdiyi müddətin cəza kimi nəzərə alınacağını açıqlayıb. Prokurorlar isə Zərrabın istintaq zamanı doğru, tam və etibarlı şəkildə əməkdaşlıq etdiyini, o cümlədən İrana qarşı sanksiyaların pozulması sxeminin həyata keçirilməsi üçün Türkiyədəki bəzi vəzifəli şəxslərə milyonlarla dollar rüşvət verilməsi barədə ifadə verdiyini bildiriblər.
Musavat.com






