İnsanlara hürriyət, millətlərə istiqlal!

"Naxçıvandan Qarabağa..." - Zülfüqarovun bir cümləlik sözü erməniləri...

1367 16.07.2026 23:05 Ölkə A A

Ermənistan mətbuatı Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "Facebook" paylaşımını geniş müzakirəyə çıxarıb.

Musavat.com xəbər verir ki, Ermənistan mətbuatı Tofiq Zülfüqarovun paylaşımını Azərbaycanın Ermənistana qarşı ərazi iddialarına işarə kimi təqdim edib.

Yazıda bildirilir ki, sabiq nazir Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsində sərbəst hərəkət etməsini və Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesinin ləngiməsini tənqid edib.

Tofiq Zülfüqarov paylaşımında belə yazıb:

"Bəlkə artıq Naxçıvandan Qarabağa və geri istiqamətdə reyd yürüşlərinin məşq edilməsi üçün dağ xüsusi təyinatlılarının təlimlərini keçirməyin vaxtıdır? Sadəcə səsli düşünürəm..."

Ermənistan mətbuatı bu fikri xüsusi vurğulayaraq, onu bölgədə mümkün hərbi ssenarilərlə əlaqələndirməyə çalışıb.

Musavat.com

362d357b-f301-4837-9d6a-2bbf0893dd3d.jpg (28 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR