2026-cı il dünya çempionatında müsəlman ölkələri görünməmiş səviyyədə təmsil olunur.
Musavat.com xəbər verir ki, mundial tarixində ilk dəfə 14 müsəlman ölkəsi final mərhələsində mübarizə aparır.
siyahıda Misir, İran, Türkiyə, Əlcəzair, İraq, Mərakeş, Səudiyyə Ərəbistanı, Özbəkistan, Kot-d’İvuar, Seneqal, Tunis, İordaniya, Bosniya və Herseqovina, Qətər yer alıb.
Bu mundial 48 komandanın iştirakı ilə keçirilir. Turnirin qrup mərhələsi iyunun 11-də başlayıb və oyunlar ABŞ, Kanada və Meksikada təşkil olunur.
Xüsusilə Özbəkistan və İordaniya üçün bu turnir tarixi əhəmiyyət daşıyır: hər iki ölkə ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edir.
Musavat.com






