DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Belçika – Seneqal qarşılaşması dramatik sonluqla yadda qalıb.
Musavat.com xəbər verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçın qalibi əlavə vaxtda müəyyənləşib. Seneqal 25-ci dəqiqədə H. Diarra, 51-ci dəqiqədə isə İ. Sarrın qolları ilə iki top üstünlüyü əldə edib.
Belçika isə oyundan qopmayaraq 86-cı dəqiqədə Romelu Lukaku, 89-cu dəqiqədə Yuri Tilemansın qolları ilə hesabı bərabərləşdirib və görüşü əlavə vaxta daşıyıb.
Əlavə vaxtın son saniyələrində – 120+5-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Yuri Tilemans Belçikaya 3:2 hesablı qələbə qazandırıb.
Beləliklə, iki top geridən əzmkar geri dönüş edən Belçika DÇ-2026-da növbəti mərhələyə yüksəlib.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Belçika – Seneqal qarşılaşmasının əsas vaxtı başa çatıb.
Musavat.com xəbər verir ki, matçın 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb.
Seneqal 25-ci dəqiqədə H. Diarra, 51-ci dəqiqədə isə İ. Sarrın qolları ilə iki top üstünlüyü əldə etsə də, Belçika son dəqiqələrdə əzmkar geri dönüş edib. Romelu Lukaku 86-cı, Yuri Tilemans isə 89-cu dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib.
Beləliklə, qalibi müəyyənləşdirmək üçün komandalar əlavə 30 dəqiqə mübarizə aparacaq.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Belçika – Seneqal matçında dördüncü qol vurulub.
Musavat.com xəbər verir ki, Belçika millisinin futbolçusu Yuri Tilemans 89-cu dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib.
Bundan əvvəl Belçikanın ilk qolunu 86-cı dəqiqədə Romelu Lukaku vurmuşdu. Seneqal isə 25-ci dəqiqədə H. Diarra, 51-ci dəqiqədə İ. Sarrın qolları ilə hesabda önə keçmişdi.
Beləliklə, Belçika iki top fərqi ilə geridə olduğu oyunda hesabı 2:2 edib.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Belçika – Seneqal matçında ikinci qol vurulub.
Musavat.com xəbər verir ki, Seneqal millisinin futbolçusu İ. Sarr 51-ci dəqiqədə fərqlənərək komandasının üstünlüyünü artırıb.
Bu qoldan sonra Seneqal Belçika qarşısında 2:0 hesabı ilə önə keçib.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Belçika – Seneqal matçında hesab açılıb.
Musavat.com xəbər verir ki, Seneqal millisinin futbolçusu H. Diarra 25-ci dəqiqədə fərqlənərək komandasını hesabda önə çıxarıb.
Beləliklə, Seneqal qarşılaşmada 1:0 hesablı üstünlük qazanıb.
23:58***
DÇ-2026-nın 1/16 final mərhələsində növbəti qarşılaşmaya start verilib.
Musavat.com xəbər verir ki, bu mərhələdə Belçika millisi Seneqal yığması ilə üz-üzə gəlir.
Hər iki komanda 1/8 finala yüksəlmək uğrunda mübarizə aparır. Qarşılaşmanın qalibi növbəti mərhələdə ABŞ – Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.






