İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zəngəzur"u sanksiya siyahısından çıxardı

406 09.07.2026 13:18 Ölkə A A

İyulun 7-də Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində daha əvvəl siyahıya daxil etdiyi Azərbaycana məxsus "Zəngəzur" (IMO 9420617) neft tankerini sanksiya siyahısından çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yenilənmiş sanksiya siyahısında bildirilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bildirişinə əsasən, “Zəngəzur”gəmisinə tətbiq edilən sanksiyalar artıq qüvvədə deyil. Yenilənmiş siyahıda qeyd olunur ki, gəmi ilə bağlı spesifikasiya ləğv edilib və tanker sanksiya siyahısından çıxarılıb.

Xatırladaq ki, 2026-cı ilin iyununda Böyük Britaniya hakimiyyəti Rusiya neftinin daşınması ilə əlaqəli olduğunu iddia etdiyi onlarla gəmiyə qarşı sanksiyalar tətbiq etmişdi. Həmin gəmilər arasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) şirkətinə məxsus "Zəngəzur" tankeri də yer alırdı.


Həmin vaxt Britaniya tərəfi gəminin Rusiya neftini üçüncü ölkələrə daşıdığını iddia etmişdi.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR