İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan diqqətçəkən açıqlama: Burada türkün nə günahı var?

532 09.07.2026 13:37 Dünya A A

Ermənistanın Baş naziri Nikol Paşinyan onu Ermənistan Apostol Kilsəsinin rəhbərinin vəzifədən uzaqlaşdırılması məsələsində dəstəklədiyi iddia olunan reportajla bağlı açıqlama verib.

Musavat.com erməni istinadən xəbər verir ki, Paşinyan məsələ ilə bağlı "türk məmurlarının" adının hallandırılmasını əsassız sayıb.

"Burada türkün, gürcünün, rusun və ya erməninin nə əlaqəsi var? Bu, sadəcə əlavə emosiyadır", – deyə o bildirib. Baş nazir xatırladıb ki, İstanbula səfəri zamanı Ermənistan Patriarxlığının qapıları onun üzünə bağlanmışdı. Paşinyanın sözlərinə görə, həmin vaxt heç kim bunu "Türkiyə rəsmilərinin təşkil etdiyi" hadisə kimi təqdim etmirdi. O əlavə edib ki, idman yarışlarından sonra mediada yayılan "erməni güləşçi türkü məğlub etdi" tipli başlıqlar da eyni emosional yanaşmanın nümunəsidir. Paşinyan həmçinin rus prankerlərinə müraciət edərək müxtəlif vəzifəli şəxslərə bütün ermənilərin katolikosu adından zəng etməyi və onların necə reaksiya verəcəyini yoxlamağı təklif edib. Baş nazir zarafatla əlavə edib ki, prankerlər istəsələr, "Kaluqa oliqarxı" (Samvel Karapetyanı nəzərdə tutr-red.) adından da zəng edə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR