İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

211 11.12.2021 13:06 Son xəbər A A

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər, universitetlərin müəllim və tələbələri iştirak ediblər.

Əvvəl Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və mərasim iştirakçıları mərkəzin foyesində ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgiyə və böyük siyasi xadimin həyat yolunu əks etdirən fotolardan ibarət stendə baxıblar.

Sonra Hüseyn Quliyev və digər iştirakçılar ulu öndərin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.

Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir ulu öndər Heydər Əliyevin 1993-cü ildə dövlətçiliyimizin təhlükə qarşısında olduğu bir vaxtda xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə əldə olunan uğurları, Azərbaycanda dövlət quruculuğu sahəsində ümummilli liderin misilsiz xidmətlərini diqqətə çatdırıb. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, o cümlədən son dövrlərdə ölkəmizdə bir çox layihənin həyata keçirilməsi haqqında söhbət açıb.

Sonra Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyində mərkəzin əməkdaşı Kifayət Pirməmmədova universitetlərin tələbələrinə dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən danışıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR