İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir erməni siyasətçi deputat mandatını almaqdan imtina edib

439 06.12.2022 19:10 Region A A

“Ermənistan” blokunun proporsional siyahısı üzrə deputatlığa namizəd olmuş vəkil Robert Ayrapetyan parlamentdə boşalan yerə görə ona çatası mandatdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə o özünün “Facebook” səhifəsində yazıb.

“Ortaya çıxan reallıqlar mənim potensial deputat fəaliyyətim və əsas işimdən irəli gələn fəaliyyətimlə bir araya sığmır. Gələcək ictimai fəaliyyətimdə də öz prinsiplərimə sadiq qalacağam və vəziyyətdən asılı olmayaraq, müxalifət fəaliyyətimi, hakimiyyətə qarşı mübarizəmi davam etdirəcəyəm”,-deyə o, yazıb.

Qeyd edək ki, bu gün İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan da deputat mandatı almaqdan imtina etdiyini açıqlayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ermənistan” blokundan olan deputat Aram Vardevanyan deputat mandatından imtina edib, blokun üzvü olan “Dirçələn Ermənistan” partiyası isə parlamentdəki fəaliyyətini tamamilə dayandırıb. “Dirçələn Ermənistan” partiyasının sədri Vahe Akopyan, partiyanın sədr müavinləri Ripsime Stambulyan və Yelena Kirakosyan deputatlıqdan istefa ərizələrini yazıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR