İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda karyerasında ilk dəfə uduzan boksçu qız yoxa çıxdı - FOTO

584 11.02.2024 21:05 Hadisə A A

Dağıstanda boksçu Anna Comartova karyerasında ilk məğlubiyyətdən sonra yoxa çıxıb.

Məlumata görə, Rostov hüquq fakültəsinin 22 yaşlı tələbəsi Kaspiysk şəhərinə tay boksu yarışı üçün gəlib. Burada 10 ildə ilk dəfə uduzan xanım məğlubiyyətinə görə sarsıntı keçirib. O, telefonunu da evdə qoyaraq yoxa çıxıb.

Şəhərin müşahidə kameralarından istifadə etməklə qızın sonuncu dəfə Xəzər dənizinin sahilində olduğunu müəyyən etmək mümkün olub.

Boksçunun yaxınları qeyd edirlər ki, o, əvvəllər heç vaxt yoxa çıxmayıb və daim yaxınları ilə əlaqə saxlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR