İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda avtomobil içində sərnişinlə birlikdə su anbarına düşdü: Gənc qız öldü - FOTO

1006 22.01.2023 02:37 Hadisə A A

Dağıstanda avtomobil su anbarına yuvarlanıb.

Avtomobilin içindəki yerli sakin olan gənc qız ölüb.

Bu barədə “Mash Gor” “Telegram” kanalı məlumat yayıb.

Hadisə Gelbax su anbarında baş verib. 30 yaşlı Aidə və sevgilisi istirahət etmək üçün maşınla sahilə gəliblər. Onlar getmək istəyəndə gənc oğlan bir qədər uzaqlaşıb və bu zaman qızın da içində olduğu maşın suya yuvarlanıb.

Hadisə yerinə xilasedicilər çağırılıb və avtomobil sudan çıxarılıb. Qızın isə həyatını xilas etmək mümkün olmayıb.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR