İnsanlara hürriyət, millətlərə istiqlal!

Cütlüklər toy üçün ən çox bu tarixi seçir – Saraylara AXIN BAŞLADI - FOTO

518 06.06.2026 09:27 Maraqlı A A

Evlilik tarixlərinin 06.06.2026 kimi simvolik bir günə təsadüf etməsini istəyən çoxsaylı cütlüklər İstanbulun Bağcılar Bələdiyyəsinin Kadir Topbaş Xalq Sarayına axın ediblər.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, həyatlarının ən önəmli dönüm nöqtələrindən birini unudulmaz tarixlə yadda saxlamaq istəyənlərin sayı 54-ə çatıb.

Adətən gündə ən çox 15 nikah mərasiminin keçirildiyi Xalq Sarayında bu qədər müraciətin olması diqqət çəkib. Belə ki, 54 cütlük 6 iyun 2026-cı il tarixində birgə həyat yoluna ilk addımlarını atacaq.

6a22ce7fb82cb43a923b8823.jpg (122 KB)

Ailə qurmağa hazırlaşan cütlükləri təbrik edən Bağcılar Bələdiyyəsinin sədri Yasin Yıldız bildirib:

“06.06.2026 tarixini həyatlarını birləşdirmək üçün seçən bütün cütlükləri ürəkdən təbrik edirəm. Bu tarix daşıdığı mənəvi məna ilə yaddaşlarda qalacaq və onlar üçün unudulmaz bir başlanğıc nöqtəsi olacaq. Cütlüklərimizə sağlam və xoşbəxt bir ömür arzulayıram.

Cəmiyyətin təməl daşı olan ailə institutuna böyük önəm veririk və ailələrin qorunması, eləcə də möhkəmləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçiririk. Bu təşəbbüslərdən biri ötən həftə istifadəyə verdiyimiz “Cehiz evi” layihəsidir. Evliliyə hazırlaşan gənclərin mətbəx ləvazimatlarından tutmuş tekstil məhsullarına qədər bütün ehtiyaclarını ödənişsiz şəkildə təmin edirik. Bundan əlavə, yaxın zamanda istifadəyə veriləcək dörd toy salonunda vətəndaşlarımız öz toy mərasimlərini pulsuz təşkil edə biləcəklər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR