İnsanlara hürriyət, millətlərə istiqlal!

Culian Assanjın həyat yoldaşı Co Baydenə çağırış edib FOTO

337 04.06.2024 20:36 Dünya A A

"Wikileaks" portalının təsisçisi Culian Assanjın həyat yoldaşı Stella Assanj ABŞ Prezidenti Co Baydenə çağırış edib.

AZƏRTAC xəbər verir ki, Stella Assanj özünün "X" sosial media şəbəkəsində uşaqlarının fotosunu paylaşaraq yazıb: "Oğullarımın atasına ehtiyacı var". Stella Assanj paylaşımında "LetHimGoJoe" (Co, onu azad et) həştəqindən istifadə edib.

Culian Assanj Londonun Belmarş həbsxanasında beş ildir saxlanılır. ABŞ hökuməti Culian Assanjın ekstradisiyasını tələb edir. Mayın 20-də Londonda keçirilən son məhkəmə prosesinə əsasən, Britaniya hakimləri Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib. Əsl adı Sara Qonzalez olan Stella Culianla ilk dəfə 2011-ci ildə onun ev dustağı olduğu zaman tanış olub. O, 2012-ci ildə öz ailəsini qorumaq üçün adını rəsmi olaraq Stella Moris olaraq dəyişdirdiyini açıqlayıb. Cütlüyün sevgi münasibətlərinə 2015-ci ildə başladığı deyilir. Onlar 2017-ci ildə nişanlanıb, 2022-ci ilin mart ayında isə Belmarş həbsxanasında ailə həyatı qurublar. Bundan sonra isə o, Assanj soyadını götürüb. Cütlüyün Qabriel və Maks adında oğulları var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR