İnsanlara hürriyət, millətlərə istiqlal!

Crocus City Hall-da məşqçi və bütün ailə üzvləri öldürülüb

1282 26.03.2024 18:23 Son xəbər A A

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində aykibudo üzrə məşqçi Yaroslav Sodritsov və onun üç ailə üzvü həlak olub.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Aykido Federasiyasının vitse-prezidenti Natalya Rudneva bildirib.

Martın 22-də Sodritsov ailəsi ilə birlikdə “Piknik” qrupunun konserti üçün “Crocus”a gəlib və terror aktından sonra onunla əlaqə kəsilib.

Bazar ertəsi Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva vaxtı ilə saat 20:00-a olan “Crocus City Hall”da törədilən terror aktında həlak olanların siyahısını dərc edib. Burada Yaroslav Sodritsov, həmçinin İrina və Vladislav Sodritsov və Anastasiya Yemelyanenko (Sodritsova) daxil olmaqla 95 ad var.

“Dünən gecə şəxsiyyətin müəyyənləşdirilməsi prosedurundan sonra Yaroslav və onun ailəsinin ölümü ilə bağlı məlumat daxil olub”, - RİA Novosti Rudnevdən sitat gətirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR