İnsanlara hürriyət, millətlərə istiqlal!

Çox su içməyin ziyanı üzə çıxdı

2307 22.12.2019 20:47 Səhiyyə A A

Sudan həddən artıq istifadə orqanizmdəki faydalı vitamin və mikroelementləri yuyub aparır. Bundan başqa, zülalın aşağı düşmə riski də mövcuddur.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə biotexnologiya üzrə mütəxəssis Alla Poqojyova məlumat verib.

Alim qeyd edib ki, orqanizmdə suyun çoxluğu qan-damar və sidik sistemlərinə də mənfi təsir göstərə bilər.

Hər bir insanın gündəlik olaraq 2,5 litr suya ehtiyacı var. Bu ehtiyacın 1 litrini insan qidalardan əldə edir. Qalan 1,5 litr su isə sərbəst formada bədənə daxil olmalıdır.

Maye qəbul edərkən onun keyfiyyətinə nəzarət etmək də önəmli faktorlardan biridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR