İnsanlara hürriyət, millətlərə istiqlal!

"CNN Türk" Kənan haqda süjet hazırladı: "Dünyanın ən güclü uşaq səsi" - VİDEO

1193 14.01.2023 22:13 Gündəm A A

Türkiyənin məşhur telekanalı "CNN Türk" son zamanlar parlayan azərbaycanlı Kənan Bayramlı haqqında süjet hazırlayıb.

Musavat.com xəbər verir ki, kanal Kənanın ifasını nümunə gətirərək onu dünyanın ən yaxşı gənc səsi adlandırıb.

16 yaşlı Kənan Bayramlı həm də II Qarabağ müharibəsi zamanı oxuduğu “Bayatı-Şiraz”la müharibənin simvollarından birinə çevrilib. Hətta “Xarı Bülbül” festivalında Kənanın ifası Prezident İlham Əliyevi kövrəldib.

Kənan yenidən öz səsi ilə gündəmə gəlib. Səs mütəxəssisləri və sənətçilər “Dünyada onun kimi səs heç kəs də yoxdur” şərhini bildiriblər. Həmçinin, görüntülər Türkiyədə ən çox paylaşılan videolardan biri olub. Məşhurlar sosial şəbəkədə Bayramlını tərifləyərək video paylaşıblar.

Jurnalist Fulya Öztürk 2 il əvvəl müsahibə aldığı Kənan Bayramlı ilə bir daha əlaqə saxlayıb. Kənan yenidən öz təəssüratlarını bölüşüb.

Qeyd edək ki, Kənan Bayramlı Əməkdar artist Təyyar Bayramovun övladıdır.

Ətraflı "CNN Türk"ün süjetində:

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR