İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin valyuta ehtiyatlarında son 5 ilin ən yüksək azalması qeydə alınıb

825 07.05.2022 19:48 İqtisadiyyat A A

Bu ilin aprel ayında Çinin valyuta ehtiyatları 68 milyard ABŞ dolları və ya 2,1 % azalaraq 3,12 trilyon ABŞ dollara enib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla da, valyuta ehtiyatlarında son 5 ilin ən yüksək azalması qeydə alınıb.

Qeyd edək ki, qlobal mərkəzi bankların əksinə, Çin Mərkəzi Bankı zəif pul siyasəti çərçivəsini izləyir.

“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar, Çinin valyuta ehtiyatlarını apreldə 3,13 trilyon ABŞ dolları geriləyəcəyini gözləyirdilər. Belə ki, mart ayının sonuna ölkənin valyuta ehtiyatları 3,19 trilyon ABŞ dolları təşkil edib.

Aprel ayında Çinin milli valyutası - yuan dollar qarşısında 4 % ucuzlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR