İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində istehlakın artması xəbəri nefti bahalaşdırıb

452 19.12.2022 12:27 İqtisadiyyat A A

Dünya bazarında neftin qiyməti, təxminən, 1% artıb.

"Report" xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,86 % bahalaşaraq 1 bareli 79,71 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,91 % artaraq 1 bareli 75,15 ABŞ dolları təşkil edib.

Birjalar Çində “qara qızıl” xammalının istehlakının genişləndirilməsi perspektivlərini qiymətləndirirlər.

Çin rəsmiləri 2023-cü il üçün iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi üzrə iclasda istehlakın bərpası və genişləndirilməsinin "prioritet olmalı” olduğunu bəyan ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR