İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Ukrayna məsələsinin həllində Macarıstanla işləyəcək

259 17.07.2024 13:26 Dünya A A

Çin Ukrayna münaqişəsinin həllini özü üçün prioritet və təxirəsalınmaz vəzifə hesab edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  bunu Çinin xarici işlər naziri Vanq Yi macar həmkarı Peter Siyarto ilə telefon danışığı zamanı bildirib.

“Çin hesab edir ki, hazırda ən aktual məsələ və ən real məqsəd Ukraynada vəziyyətin tez bir zamanda soyumasına və bütün tərəflərin konsensusa gəlməsinə kömək etməkdir”,-deyə Çin Xarici işlər nazirliyinin saytında onun sözləri bu cür qeyd olunub.

Çin rəsmisi bundan başqa “Ukraynadakı vəziyyəti siyasi nizamlanmaya doğru sövq etmək” üçün Macarıstanla birgə işləməyə hazır olduğunu bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR