İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Tayvandan dəniz məhsulları idxalını dayandırıb

509 09.12.2022 21:14 İqtisadiyyat A A

Çinin materik hissəsinin hökuməti 100-dən çox Tayvan şirkəti tərəfindən ixrac edilən dəniz məhsullarının idxalını dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvan Beynəlxalq Radiosu məlumat yayıb.

Qadağa ümumi dəyəri 6 milyard Tayvan dollarından (196 milyon ABŞ dolları) çox olan məhsullara aiddir. Adanın Kənd Təsərrüfatı Şurasının sədri Çen Cijun bildirib ki, bu halda əsas ziyan kalmar, eləcə də Sakit okean sauriyası və tuna balıq ovu ilə əlaqədar olan şirkətlərə dəyəcək.

Tədarükün dayandırılmasına Çində ixracatçıların daha mürəkkəb qeydiyyat prosedurundan keçməsini tələb edən yeni gömrük rəsmiləşdirilməsi sisteminin səbəb olduğu bildirilir.

Hazırda Tayvan səlahiyyətliləri problemi həll etmək üçün tələb olunan sənədləri araşdırır. Pekin bu məsələdə güzəştə getməkdən imtina edərsə, ada administrasiyası Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyini istisna etmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR