İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyadan idxalı artırmayıb

175 13.01.2025 15:53 Dünya A A

2024-cü ildə Çinin xarici ticarət dövriyyəsi 5 faiz artaraq 43,85 trilyon yuan (6,1 trilyon dollar) təşkil edib.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin Baş Gömrük İdarəsi açıqlayıb.

Məlumata əsasən, ötən il ixrac 7,1 faiz artaraq 25,45 trilyon yuana, idxal isə 2,3 faiz artaraq 18,39 trilyon yuana çatıb.

Milli Ticarət Bürosunun vitse-prezidenti Vang Lingjun mətbuat konfransında bildirib ki, keçən il Çinin xarici ticarət artımı dünyanın digər böyük iqtisadiyyatları ilə müqayisədə nisbətən sürətli olub:

"Çin 150-dən çox ölkə və regionun əsas ticarət tərəfdaşına çevrilib və ölkənin xarici ticarətdəki dost dairəsi getdikcə genişlənir".

O, ötən il yüksək texnologiyalı malların yaxşı artım göstərdiyini, transsərhəd elektron ticarət kimi yeni ticarət formalarının sürətlə inkişaf etdiyini qeyd edib.

Gömrük hesabatına görə, 2024-cü ildə Çin və Rusiya arasında ticarətin həcmi 1,9 faiz artaraq 244,82 milyard dollar təşkil edib. İxrac 4,1 faiz artaraq 115,5 milyard dollara çatıb, idxal isə təxminən 2023-cü il səviyyəsində qalıb və 129,32 milyard dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR