İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin idmançısı Bakıda keçirilən Dünya Kubokunda batut gimnastikası üzrə fərdi proqramda qızıl medal qazanıb

367 17.02.2019 22:06 İdman A A

Çin idmançısı Linqlinq Lyu Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikası üzrə fərdi proqramda qızıl medal (57.050) qazanıb.

Trend-in məlumatına görə, ikinci yerə Kanada təmsilçisi Rozanna Maklennan laiq görülüb (56.245 bal), üçüncü isə yaponiyalı Tisato Doixata olub (55.800).

Ümumilikdə turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

 Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR