İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramovdan Quterreşə MƏKTUB: "Hər gün 25-30 nəfər keçir, biz HAZIRIQ..."

923 29.07.2023 14:21 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib, onu Ermənistanın humanitar vəziyyətlə bağlı manipulyasiyası barədə məlumatlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.

Məktubda bildirilir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yardımı ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən sərbəst keçməsini təmin edir və bu keçid məntəqəsindən hər gün orta hesabla 25-30 nəfər keçir.

Məktubda daha sonra qeyd olunur ki, Azərbaycan paralel olaraq Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib və bunun üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.

Məktubda vurğulanır ki, Ermənistan tərəfi Azərbaycanın yardımından imtina etməkdə davam edir və bu, humanitar vəziyyətlə bağlı hazırkı manipulyasiyanın siyasi oyun olduğunu göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR