İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov İsrail səfiri ilə Qarabağ məsələsini müzakirə edib

296 25.02.2021 20:23 Siyasət A A

Xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR