İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəsədi dəhşətli vəziyyətdə tapıldı - qatil görün kim imiş - FOTOLAR

1915 25.02.2024 09:39 Dünya A A

ABŞ-ın Ohayo ştatında yaşayan 32 yaşlı Kristel Kandelario 2023-cü ilin iyun ayında 16 aylıq qızı Ceylini evdə tək qoyaraq tətilə çıxıb.

Musavat.com xəbər verir ki, əvvəlcə Detroitə, oradan da Puerto-Rikoya gedən ana 10 gün çimərlikdə günəş vannası qəbul etdikdən və turistik məkanlarda əyləndikdən sonra iyunun 16-da evə qayıdanda qızının nəfəs almadığını görüb və təcili yardımdan kömək istəyib.

Hadisə yerinə gələn səlahiyyətlilər cəsədi çirk içində tapılan körpənin öldüyünü təsdiqləyiblər. Yarılma hesabatlarına görə, kiçik qız aclıqdan və həddindən artıq susuzluqdan ölüb. Hesabat açıqlandıqdan sonra 32 yaşlı ana ağırlaşdırılmış qətl və uşağını təhlükəyə atma ittihamları ilə üzləşib.

Cümə axşamı baxılan işdə məhkəmə ilə razılaşan qadın ona qarşı irəli sürülən ittihamları qəbul edib. Martın 18-də açıqlanacaq qərarla qadının ömürlük həbs cəzası alacağı gözlənilir.

Qadının CNN-ə danışan qonşuları ananın körpəsini ilk dəfə tək qoymadığını və bu barədə ona dəfələrlə xəbərdarlıq etdiklərini bildiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR