İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyada alternativ hərbi xidmət üçün müraciətlərin qəbuluna başlanılıb

783 02.07.2020 04:51 Dünya A A

Cənubi Koreyada dini və digər inanclı vətəndaşlar üçün alternativ həqiqi hərbi xidmətlə bağlı müraciətlərin qəbuluna başlanılıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, parlamentin ötən ilin dekabrında qəbul etdiyi qanuna uyğun olaraq, həqiqi hərbi xidmətə yararlı olan, amma müxtəlif inanclara görə qoşun növlərində hərbi xidmət keçmək istəməyən kişilərə alternativ xidmət imkanı yaranıb. Qanuna uyğun olaraq, həmin şəxslər yerli islah müəssisələrində 36 ay alternativ xidmət keçməklə həqiqi hərbi xidməti bitirmiş hesab olunacaq.

Alternativ hərbi xidmətlə bağlı müraciətlərin araşdırılması məqsədi ilə hüquqşünaslar, ictimai fəallar, elm adamları, müxtəlif sahələr üzrə ekspertlərdən ibarət 29 nəfərlik komissiya yaradılıb. Alternativ hərbi xidmət üçün ilk qrupun oktyabradək təşkil olunacağı bildirilir.

Qeyd edək ki, Cənubi Koreyada hərbi xidmətə yararlı olan bütün kişilər üçün 2 illik həqiqi hərbi xidmət məcburidir. Qanunla hərbi xidmətdən boyun qaçırmanın cəzası azadlıqdan məhrumetmədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR