İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmil Həsənlinin “Soros” etirafı- 200 dollar qarşılığında oyun... VİDEO

1494 31.07.2023 17:33 Siyasət A A

 

Milli Şuranın fəxri sədri Cəmil Həsənli bu günlərdə “Azadlıq” televiziyasına verdiyi müsahibədə  illərdir haqqında yazılan, özünün isə inkar etdiyi məsələni-“Soros Fondu” ilə əlaqələrini etiraf edib.

Həsənli deyib ki, bir müddət Azərbaycanda “Soros fondu”nun üzvü olub:

 “Bakıda “Soros Fondu”  fəaliyyət göstərəndə mən də bordun üzvü olmuşam. Hər ay 200 dollar əməkhaqqı  yazırdılar”.

İllərdir yazılır ki, Cəmil Həsənli və ətrafındakılar xarici fondlar və təşkilatlardan maddi dəstək alır, onların tapşırıqlarını icra edirlər. Lakin bunu deyənlər və yazanlar trol ordusu tərəfindən söyülür, təhqir olunurdu.

İndi bu faktı Cəmil Həsənlinin özü etiraf edir. Bəs Cəmil Həsənli bunları nə üçün etiraf etdi?

Məlumdur ki, son günlər Azərbaycanda FETÖ-yə işləyən bir qrup şəxs tutulub. Eyni zamanda bunun fonunda iqtisadçı alim Qubad İbadoğlunun da adı hallanır və o, həbs edilib. Qubad İbadoğlunun istintaqı hələ ki, davam edir. Ortada konkret faktlar olmasa da, ümumi məlumatlar yayılıb və həmin məlumatlarda bildirilir ki, Qubad İbadoğlu FETÖ kimi terror təşkilatları, ölkəyə zərbə vurmaq istəyən qurumlarla iş birliyində olub.

İbadoğlunun son zamanlar iş gördüyü şəxslərin arasında Cəmil Həsənlinin də adı var.

Bu ayın əvvəlində İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Fondun təsisçiləri Qubad İbadoğlu, Cəmil Həsənli və  sabiq səfir, diplomat Arif Şahmarlıdır (Məmmədov).

Görünür ki, Cəmil Həsənli Azərbaycan dövlətinin araşdırma apardığını  bilib və bu kimi məsələlərin ictimaiyyətə açıqlanacağından ehtiyat edərək, özü qabaqcadan etirafda bulunub. Cəmil Həsənli tarixçidir və “Soros Fondu”nun ölkələrdə nələr etdiyini, inqilabları necə maliyyələşdirdiyini hər kəsdən yaxşı bilir. Ancaq elə danışır ki, elə bil bu fond hansısa beynəlxalq-humanist bir fonddur və insanlığa, yaxşı əməllərə xidmət edib.

İllər öncə Moldova parlamentinin Sosialistlər Partiyasından olan nümayəndəsi Boqdan Tsırda yazırdı: “Soros fondu” hər yerdə eyni anda meydana çıxdı və əvvəlcə tarix kitablarına sponsorluq etdi. Bəs orada nədən bəhs olunurdu? Bu kitablarda bizə ölkərimizin nə qədər geridə qaldığını və necə kömək edəcəklərini aşılayırdılar. Sonra fond qrant layihələrinə başladı. Niyə? Gənc beyinləri cəlb etmək üçün. Guya onları seminarlara, tədqiqatlara cəlb eləyir, bu insanlar isə özləri də anlamadan dövlətləri haqqında kəşfiyyat məlumatlarını onlara ötürürdülər. Bu prosesə heç kim nəzarət etmirdi. Çünki 1990-ci illərdə hər yerdə anarxiya hökm sürürdü”.

“Soros fondu” bütün cəhdlərinə baxmayaraq, Azərbaycanda istəklərini həyata keçirə bilmədi. Məcbur qalıb ölkədən çıxdı, Cəmil Həsənli kimilərindən üz döndərdi.

Həsənlinin çıxışını şərh edən qazi jurnalist Anar Miriyev maraqlı fikirlər yazıb. Onun sosial şəbəkədə yazdığı statusu olduğu kimi təqdim edirik:

“İllərdir deyirik, yazırıq. Axırda "insafa" gəlib, özləri etiraf edirlər. Cəmil Həsənli daha gizlətmir, son iki gündə açıq şəkildə etiraf edir ki, “Soros Fondu”nun üzvü olub və ayda 200 dollar maaş alıb onlardan. Hansı "xidmətin", hansı sifarişin yerinə yetirilməsi müqabilində? Axı, “Soros Fondu”nun kimlərə və nə məqsədlə pul verdiyi bəllidir, o da ola aylıq maaş! Cəmil Həsənli kimi "yaxşı işləyənlərə" aylıq maaş verirdilər. Bu etiraf günah yumadır, yoxsa Sorosdan yenə maaş istəyi? Soros əmi, nə deyirsiniz edək, "milli şura" nə hava çalsanız oynamağa hazırdır. Yetər ki, pul, maaş verin! Doğrudur, daha əvvəlki qiymətə dəyməzlər, amma yenə də cəhd edir də. Bəlkə yenə verdilər...”

Qafar Səfərli,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR