İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çelsi" Ronaldunu transfer etmək istəyir

589 04.07.2022 21:17 İdman A A

İngiltərənin "Çelsi" klubu Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiranu Ronaldunu transfer etmək istəyir.

Musavat.com "Report"a istinadən xəbər verir ki, London təmsilçisinin yeni sahibi Todd Byoli ötən ay 37 yaşlı hücumçunun agenti Jorje Mendeşlə görüşüb. Əsas müzakirə mövzularından biri təcrübəli forvardın "zadəganlar"a mümkün keçidi olub.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun "Mançester Yunayted"i tərk etmək istədiyi və agentinə ona klub tapmasını tapşırdığı barədə xəbərlər yayılıb. Lakin "qırmızı şeytanlar" aparıcı futbolçusunu satmaq niyyətində deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR