İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəllada sitayiş edən toplum - Xaçatryan istintaqda bülbül kimi ötəcək, Avropa Məhkəməsi isə...

942 02.08.2023 12:30 Siyasət A A

Xocalı və Meşəli cəlladı Vaqif Xaçatryanın həbsinə rəsmi İrəvanın verdiyi anormal reaksiya vandallara heykəllər ucaldan Ermənistanın terrorçu dövlət olduğunu növbəti dəfə təsdiqlədi. Ümumən erməni toplumunun mənəvi-insani keyfiyyətlər sarıdan nə dərəcədə kasıb olduğuna şübhə saxlamadı.

Erməni bloger İşxan Verdyan da xalqından utandığını etiraf edib: “Azərbaycan ermənilərin anlayışında kainatdan ayrı mövcuddur və əgər bir gün bütün azərbaycanlılar dəhşətli əzab içində ölsələr, həmin gün ermənilər üçün ən xoşbəxt gün olacaq. Şiddətli kin və reallıq hissini itirilməsi. Sual yaranır: Niyə azərbaycanlıların belə qonşulara yazığı gəlməlidir? Niyə onlarla sülh bağlamaq istəsinlər ki? Niyə öz ölkəsində onlara dözməlidirlər ki? Hansı xidmətlərinə görə? Özümdən iyrənirəm. Hansı xalqın nümayəndəsi olduğumu düşünəndə özümə nifrət edirəm. Kaş türk olaydım, bir qıraqda oturub bu mənzərəyə güləydim. Artıq xalqımı bürümüş dəliliyə baxa bilmirəm”.

“Yeni Müsavat” qeyd edir ki, Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan rəsmi Bakını Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) qüvvədə olan qaydalarını pozmaqda ittiham edib. Guya “Laçın” postundan “Qırmızı Xaç” vasitəsilə keçəcək adamların siyahısı qabaqcadan Azərbaycan tərəfi ilə razılaşdırıldığı, konkret siyahı təqdim edildiyi üçün sərhədçilərimizin onlardan heç birini saxlamaq hüququ olmayıb. Onun xələfi, Ermənistanın hazırkı ombudsman Anait Manastan isə iddia edib ki, Azərbaycan Baş Prokurorluğunun bəyan etdiyinin əksinə olaraq, V. Xaçatryan beynəlxalq axtarışda olmayıb, o səbəbə onun BQXK maşınında həbsi qanunsuzdur. Bundan əlavə, artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət də göndərilib.

Bəs Avropa Məhkəməsi hansı qərarı verəcək? Başqa yandan, bu şərəfsizdə, yəqin ki, azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı məlumatlar var. Onları əldə etmək mümkün olacaqmı? Hər halda Xaçatryan Bakıda istintaq zamanı bülbül kimi ötəcək. Bu itin istintaq dövründə gəbərməsi Azərbaycana hansısa problem yarada bilərmi?

“Meşəli hadisələri ilə bağlı saxlanılan Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur”.

Bunu Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov deyib. M.Abbasov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımından bir sıra hadisələr baş verib: “Azərbaycanın cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”.

Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Mahir Abbasov bu təcrübənin Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcud olduğunu vurğulayıb. Həmçinin qeyd olunub ki, qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir.

Qulamhüseyn Əlibəyli: Vandalizm aktları erməni faşizminin mahiyyətini əks  etdirir

Qulamhüseyn Əlibəyli: “Avropa Məhkəməsinin bu şikayəti qəbul edəcəyini gözləmirəm”"

Sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Xaçatryanla bağlı Avropa Məhkəməsinə müraciəti yersizdir. Hüquqşünas hesab edir ki, fərdi qaydada müraciət etmək olar: “Bu şəxs genosid cinayətinə görə axtarışda olub. Onun həbsi Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğundur. Əgər Xaçatryanın həbsindən kimsə şikayətçidirsə, o zaman vəkillər müraciət edə bilər, amma Ermənistan yox. Avropa Məhkəməsinin isə bu şikayəti qəbul edəcəyini gözləmirəm”.

İstintaq dövründə Xocalı qatilinin ölməsi ehtimalına gəlincə, Q.Əlibəyli Azərbaycanın onun müalicəsini öz öhdəsinə götürdüyünü vurğuladı: “Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsi öz həkimlərini göndərə bilər ki, səhhəti ilə maraqlansınlar”.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev: “Avropa Məhkəməsi ən pis halda bizdən sənədlər istəyə bilər”

Vəkil Əsabəli Mustafayev də inanmır ki, Avropa Məhkəməsi işi icraata götürsün və mahiyyəti üzrə baxsın: “Çünki beynəlxalq axtarışda olub və ağır cinayətlərdə ittiham edilir. Sadəcə, ən pis halda Azərbaycandan müəyyən sənəd-sübutlar tələb edilə bilər. Yəni dəqiqləşdirilsin ki, Ermənistanın iddiaları nə dərəcədə doğrudur. Azərbaycanın da sübutları, istintaq materialları, şahidləri var. Ona görə Azərbaycan hökuməti həmin sübutları Avropa Məhkəməsinə təqdim edə bilər. Məncə, Avropa Məhkəməsi bununla kifayətlənəcək”.

Hüquqşünas əlavə etdi ki, onsuz da Ermənistan hər məsələdə Azərbaycandan şikayət verir: “Ancaq indiki halda həbs-qətiimkan tədbiri seçilməsinə növbədənkənar baxılacağını güman etmirəm. Hətta icraata götürülsə belə, bir neçə il sonra xronoloji ardıcıllıqla işə baxıla bilər. Xaçatryanla bağlı Ermənistan prosessual hüquqların pozulması, pis rəftarla bağlı şikayət verə bilərdi ki, bu halların da heç biri yoxdur, hər hansı iradlar eşitməmişik. O baxımdan şikayətin Avropa Məhkəməsində icraata götürülməsi bir neçə il çəkə bilər ki, o vaxta qədər artıq hökm oxunacaq. Sadəcə, Azərbaycan hökuməti prosessual şikayətlər, saxlanma üçün heç bir əsas verməməlidir, digər məhbuslarla necə rəftar olunursa, ona da adekvat olmalıdır, məktublaşma üçün şəraiti yaradılmalı, istəsə yaxınları ilə görüşə imkan verilməlidir ki, Ermənistanın hər hansı arqumenti qalmasın”.

Onu da deyək ki, istintaqın gedişində yeni faktlar ortaya çıxarsa, Meşəlidə soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana əlavə ittihamlar irəli sürülə bilər. Bunu Azərbaycan Hərbi prokurorunun müavini Fuad Məmmədov İctimai Televiziyada “Diqqət mərkəzi” verilişində deyib.

Onun sözlərinə görə, aparılan araşdırma zamanı Vaqif Xaçatryanın erməni millətindən olan digər şəxslərlə qrup şəklində Meşəli kəndinə hücum etdikləri barədə məlumatlar var: “Həm şahid, həm də zərərçəkən ifadələri, ekspert rəyləri bunu sübut edir. Orada müxtəlif ekspertizalar keçirilib. Araşdırma zamanı məlum olub ki, bu hücum əvvəlcədən planlaşdırılıb. Əvvəlcədən planlaşdırılması istintaq sübutları ilə öz təsdiqini tapır. Zirehli maşınlarla, transportyorlarla hücuma keçilməsi göstərir ki, bu, əvvəlcədən təşkil edilib. Burada məqsəd insanları kütləvi şəkildə Meşəli kəndindən çıxarmaq, həmçinin onların fiziki məhvinə nail olmaq olub. Ona görə də həmin cinayət işi 103, yəni soyqırımı, eyni zamanda 107, əhalini deportasiya və məcburi köçürmə maddələri ilə Hərbi Prokurorluğun İstintaq şöbəsində araşdırılır”, - Hərbi prokurorun müavini qeyd edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR