İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək

917 14.05.2026 12:23 Mədəniyyət A A

Əfsanəvi ulduz Ceki Çanın baş rolu oynadığı “Tanrının zirehi” (“Armour of God”) filminin 4-cü hissəsi Qazaxıstanda və Azərbaycanda çəkiləcək.

Musavat.com bildirir ki, bu barədə “Variety” jurnalı Kann Festivalına həsr olunmuş özəl buraxılışında xəbər yayıb.

Çəkilişlərin iyul ayında başlayacağı gözlənilir.

Rejissor Robert Kunun lentə alacağı film “Salem Entertainment” şirkəti tərəfindən istehsal olunur.

Azərbaycandakı çəkilişlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.

“Allahın zirehi: Ultimatum” adlanan filmdə Ceki Çanın canlandırdığı “Asiya qartalı” ləqəbli personajın macəralarının davamını görəcəyik. Bu dəfə o, dəyəri 20 milyon dollardan çox olan “Tumar” adlı qədim artefaktı ələ keçirmək üçün başlanmış qlobal kampaniyanın iştirakçısı olacaq.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR