İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin iti qapıda qaldı – bu səbəbə görə

177 28.07.2026 02:53 Dünya A A

Böyük Britaniyanın yeni baş naziri Endi Börnemin iti Dauninq-stritə köçməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə The Independent məlumat yayıb. Buna səbəb isə baş nazir iqamətgahının məşhur sakini Larinin rahatlığını qorumaq istəyidir. Məlumata görə, baş nazirin bişon-frize və pudel cinslərinin qarışığı olan Aksel adlı iti hələlik İngiltərənin şimalında qalacaq və Londondakı baş nazir iqamətgahına aparılmayacaq.

Qərarın əsas səbəbi 2011-ci ildən Dauninq-stritdə yaşayan və artıq altı baş naziri qarşılayıb yola salan məşhur pişik Larinin rahatlığını pozmamaqdır. Xəbər yayılandan sonra Larinin X sosial şəbəkəsindəki hesabında qısa paylaşım edilib: "Tamamilə doğrudur."

Beləliklə, Dauninq-stritdə bu dəfə də son söz məşhur pişiyin olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR