İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Məmmədov müğənnidən ARB rəhbərinə şikayət etdi FOTO

1514 19.04.2023 15:15 Şou-biznes A A

"İbrahim Tatlısəsin 9 təyyarəsi, 20 avtobusu var. Cavanşir Məmmədov 53 ildir sənətdədir. Bu ildə mənim bir maşınım, evim, üzüyüm, saatım olmasın?".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Səhər mərkəzi" verilişində deyib. Müğənni avtomobilini nümayiş etdirməsini tənqid edənlərə cavab verib. 

C.Məmmədov daha sonra ARB TV-də yayımlanan "Xəbər-ətər" verilişində qonaq olan ifaçıdan gileylənib. O bildirib ki, ifaçını kanal rəhbərliyinə şikayət edib:

"Bir neçə gün əvvəl ARB TV-də Zümrüdün verilişinə cavan oğlan çıxıb. Gəncdir, yaxşı oxuyur, amma əla yox. Xan olmağına xansan, amma çox xamsan. Hələ sözlər dilinə yatmır, bişmir. Ayağını necə aşırdıb ayağının üstünə oturubsa, əlini də açıb. Ayağı az qalıb aparıcının ağzına dəysin. Əsəbdən bədənim əsdi, yemək boğazımda qaldı. Aparıcını, kanal rəhbərini yığdım. Prodüseri yığdım ki, ona deyin düzəltsin özünü. Nə Müslüm Maqomayev, nə Akif İslamzadə, nə Polad Bülbüloğlu elə oturub. Mədəniyyət adamı nümunədir. 200 min, 200 milyon baxışın ola bilər, bu, məsələni həll etmir. Səhər televiziyaya baxıb dincəlməliyəm. İşığa pul ödəyirəm, niyə əsəbiləşim?". 

Qeyd edək ki, C.Məmmədov ifaçının adını açıqlamayıb. Amma Zümrüd Bədəlovanın proqramında son günlərdə qonaq qismində yer alan gənc oğlan ifaçı Elvin Babazadə olub. 

259165_wxvvebz0ut.jpg (263 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR