İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzova səhnəyə yarıçılpaq çıxdı, deputat nazirə məktub yazdı

991 05.06.2024 13:39 Dünya A A

Rusiya Federasiyası Dövlət Dumasının Kommunist partiyasından olan deputatı İrina Filatova müğənni Olqa Buzovanın Ufada çıxışı ilə bağlı Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovaya sənətçilərin geyim tərzinə məcburi tələblərin qoyulması təklifi ilə məktub göndərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsinin mətbuat xidməti bildirib ki, müstəntiqlər Buzovanın Uşaqların Müdafiəsi Günündə Ufadakı konsertində çıxışı ilə bağlı sosial şəbəkə istifadəçilərindən sorğu alıblar. Buzovanın Ufada keçirilən “VK Fest 2024”-də geyimi xüsusilə Başqırdıstan parlamentinin üzvü Rüstəm Əhmədinurovun diqqətini çəkib. Şəhər rəhbərliyi, öz növbəsində, konsertin kommersiya tədbiri olduğunu və bunun üçün geyimlərin və tamaşaların repertuarının təsdiqi olmadan platformanın ayrıldığını vurğulayıb.

"Bütün rus sənətçiləri öz davranışlarının və ifalarının geniş ictimaiyyətə təsirindən xəbərdar olmadığından, ziyarətçilər üçün yaş məhdudiyyəti olmadan ictimai çıxışlar üçün estrada artistlərinə məcburi geyim tərzi tələblərinin tətbiqi imkanlarını nəzərdən keçirməyinizi xahiş edirəm", - İ.Filatova öz məktubunda yazıb və Buzovanın çıxışını misal gətirib.

Deputatın fikrincə, sənətçinin səhnə obrazı həm tədbirə, həm də tamaşaçıya uyğun olmalıdır.

“Tamaşaçıya hörmət mənəvi-etik standartlara və davranış qaydalarına riayət etməyi tələb edir. Yarıçılpaq formada çıxışlar çoxdan yerli şou-biznesin ulduzları üçün normaya çevrilib”, - o əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR