İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün dünya "Çin atı"na minəcək - Ölkə avtomobil ixracında lider olur

1198 15.08.2023 12:33 Son xəbər A A

Çin 2023-cü ilin sonuna kimi Yaponiyanı keçərək dünyanın ən böyük avtomobil ixracatçısı ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə CNBC Moody's Analytics məlumatlarına istinadən məlumat yayıb.

Analitiklərin hesabatına görə, ikinci rübün sonunda Çinlə reytinqin lideri Yaponiya arasında ixrac fərqi ayda 70 min avtomobilə qədər azaldığı halda, bir il əvvəl bu fərq 171 min avtomobil olub. Qeyd olunur ki, 2021-ci ildə Çin avtomobil istehsalına görə Cənubi Koreyanı keçib, 2022-ci ildə isə Almaniyanı qabaqlayaraq ikinci ən böyük avtomobil ixracatçısı olub.

Elektrikli avtomobillərə artan tələbat sayəsində Çindən avtomobil ixracı pandemiyadan əvvəlki səviyyələri üstələyib. Belə ki, 2023-cü ilin birinci yarısında Çinin elektriklə işləyən avtomobillərin ixracından əldə etdiyi gəlir əvvəlki illə müqayisədə iki dəfə artıbr.

Analitiklərin fikrincə, Çin avtomobil sənayesinin üstünlüyü litium-ion akkumulyatorların istehsalıdır ki, bu da elektrik avtomobillərinin istehsalının maya dəyərini azalda bilər.

Bir sözlə. bu gedişlə yaxın illərdə bütün dünya "Çin atı" - Çin maşını minəcək.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR