İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunun altına da bir mina qoyurlar ki, lazım olan vaxtda kiminsə... - Prezident

794 20.07.2024 19:37 İqtisadiyyat A A

Bu gün qaz faktoru enerji təhlükəsizliyinin bir nömrəli faktorudur.

Musavat.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.

“Mən istisna etmirəm, bəlkə də gün gələcək, bizə yaşıl enerjini də irad tutacaqlar. Çünki yaşıl enerji ilə bağlı indi üzə çıxan bir çox məqamlar var ki, insanları və qərar qəbul edənləri düşünməyə vadar edir. Yəni, o məmulatların utilizasiyası necə olacaq? Batareyaların, akkumulyatorların taleyi necə olacaq? Yəni, indidən artıq bunun altına da bir mina qoyurlar ki, lazım olan vaxtda kiminsə başında çatlasın”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR