İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulvarda maraqlı GÖRÜNTÜ: Qazaxıstan çadırı quruldu - FOTOLAR

1296 09.08.2022 12:10 Mədəniyyət A A

Bu il Azərbaycan və Qazaxıstan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur.

Bu münasibətlə Bakıda bir sıra tədbirlər həyata keçirilir. O cümlədən Dənizkənarı Milli Parkda Qazaxıstan Respublikasının çadırı qurulub. Çadırın qarşısında iki qardaş türk dövlətlərinin bayraqları ucaldılıb, içərisi isə nəfis şəkildə bəzədilib. Çadırda böyük filosof Əl-Fərabinin, qazax şairi Abay Kunanbayevin xalça üzərinə həkk olunmuş şəkilləri, həmçinin Bozqurdun dərisi və qılınc-qalxan asılıb…

Çadırda Qazaxıstan mədəniyyəti barədə bilgi verilir, həmçinin qazax milli mətbəxi ilə bağlı da bura təşrif buyuranlar məlumatlandırılır, istəyi olanlara yaxınlıqdakı yeməkxanada təamların dadına baxmaq tövsiyə edilir.

Yeri gəlmişkən, sabah, avqustun 10-u böyük qazax yazıçısı, müasir qazax yazılı ədəbiyyatının banisi A.Kunanbayevin anadan olduğu (1845-1904) tarixdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR