İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək VİDEO

566 19.05.2021 09:25 Təhsil A A

Həssas əhali qrupuna aid edilən ailələrin üzvü sayılan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.

Musavat.com xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, e-telebe.edu.az elektron portalı vasitəsi ilə həmin kateqoriyaya daxil olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciətlərin qəbulu mayın 19-dan yenidən aktivləşdiriləcək.

Nazirlik rəsmisinin sözlərinə görə, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərindən azad olmaq üçün e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi yalnız əyani şəkildə təhsil alan tələbələrə şamil edilir.

2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri üçün elektron portala müraciət etməyə ehtiyac yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR