İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şirkət işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi

2776 23.07.2025 17:44 Son xəbər A A

İşçilərə minimum əmək haqqından da aşağı əmək haqqı verən şirkət cərimələnib.

Musavat.com xəbər verir ki, "Çelikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 3 min manat məbləğində cərimə edilib.

Buna səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan yoxlama zamanı işçilərə minimum əmək haqqından da aşağı əmək haqqı verildiyinin müəyyən edilməsi olub.

MMC İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən 3 min manat cərimə olunub.

Qeyd edək ki, "Çelikoğlu" MMC-nin qanunu təmsilçisi Mustafa Çelikdir.

Nizami rayon Məhkəməsi işi araşdıran zaman MMC rəhbərliyinə məlumat verilsə də, prosesdə heç kim iştirak etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR