İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər Rasim Balayevin yerinə sədr olmaq istəyirlər - ADLAR

1385 11.05.2026 14:09 Gündəm A A

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Musavat.com xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir./apa/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR