İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu oyunu yaxşı oynaya bilmədik” - Xaçikyandan ETİRAF

1016 13.03.2024 16:18 Gündəm A A

“Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatı nə Rusiya, nə də Qərb tanıyıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia erməni politoloq Artur Xaçikyan tərəfindən səslənib.

Erməni ekspertə görə, Qarabağ hadisələri Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vurub.

“Mən bu barədə rusiyalı həmkarlarıma danışdım, dedim ki, biz bunu unuda bilmərik. Cavabında deyirlər ki, Qarabağı təslim edən Ermənistan hakimiyyətidir”, - deyə Xaçikyan bildirib.

Erməni ekspertin sözlərinə görə, Rusiya regionda öz təsirini saxlamağa çalışır və bir neçə min erməninin Qarabağa qayıtmasına nail olmaq istəyir. Bununla Moskva bölgədə qalmasına haqq qazandırmağa çalışır.

Ekspert Azərbaycanı dəstəkləyən Rusiya və Belarusa İrəvanın heç bir təsirinin qalmamasını Ermənistanın diplomatik məğlubiyyəti adlandırıb.

“Bu oyunu yaxşı oynaya bilmədik. Rusiya və Belarusun həm Türkiyə, həm də Azərbaycanla sıx əlaqələri var. Onların maraqları üst-üstə düşür. Biz bunun üzərində işləməliydik”, - deyə Xaçikyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR