İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə Ramazan ayı boyunca iş saatları qısaldıldı - 09:00-dan 14:30-a kimi...

1001 13.03.2024 14:38 Dünya A A

BƏƏ-də İnsan Resursları və Əmirlik Nazirliyi Ramazan ayı ərzində iş vaxtını 2 saat qısaltmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, BƏƏ-də Ramazan ayı ərzində özəl sektorda çalışan işçilərin iş saatları gündə 2 saat azalacaq.

Qısaldılmış qrafikdən sonra işlənmiş saatlar əlavə iş hesab edilə bilər və bununla da işçilər əlavə kompensasiya almaq hüququ qazanacaqlar.

İş saatlarının tənzimlənməsi həm oruc tutan, həm də oruc tutmayan işçilərə tətbiq ediləcək.

Nazirlik bildirib ki, Ramazan ayı ərzində bütün nazirliklər və qurumlar bazar ertəsindən cümə axşamına kimi səhər saat 09.00-dan günorta 14.30-a kimi işləyəcək. Cümə günləri isə vacib hallar olmadıqca iş vaxtı səhər saat 09.00-dan günorta 12.00-a kimi olacaq.

Musavat.com

BAE, ramazan ayı boyunca çalışma saatlerini kısalttı

BAE, ramazan ayı boyunca çalışma saatlerini kısalttı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR