İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu günü unutmayacağam" - Xalq artisti Tünzalə Ağayeva

1032 21.10.2019 21:06 Mədəniyyət A A

Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı almasından danışıb.

Musavat.com xəbər verir ki, ifaçı ölkə başçısına təşəkkür edib: “Bu gün unutmayacağım hisslərlə doludur. Hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim , tamaşaçılarım.

Hörmətli cənab prezidentə, dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Röya və Miri Yusif, mənim gözəl sənət dostlarım, yeni adınız mübarək".

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxan fəxri ada layiq görülüblər.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR