İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu gün Kiyevə 5 milyard avronun ayrılması təsdiqlənəcək”

653 18.03.2024 21:12 Dünya A A

Martın 18-də Aİ ölkələrinin XİN başçıları Avropa Fondu vasitəsilə Kiyevə 5 milyard avro məbləğində yeni hərbi yardımın ayrılmasını təsdiq edəcəklər.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

"Bizimlə videokonfrans vasitəsilə iki mühüm qonağımız olacaq - ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba. Uzun həftələrdir müzakirə etdiyimiz qərarı - Avropa Sülh Fondunun Ukraynaya 5 milyard avro hərbi yardım ayrılmasını, nəhayət, təsdiq edəcəyimizi gözləyirəm. Bu gün nazirlər Ukraynaya hərbi yardımımızın artırılmasına yekun razılıq verəcəklər", - Borrell əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR