İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu görüntüləri Pakistan da yaydı: heç kim üçün belə etməmişdilər... - VİDEO

4556 11.07.2024 19:23 Siyasət A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan səfərinə dair yeni və möhtəşəm görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, görüntülər Pakistan tərəfindən mediaya təqdim olunub.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X platformasında paylaşım edib.

Bu dəfə isə Pakistan tərəfi olduqca rəngli və diqqətəlayiq video təqdim edib.

Müşahidələrimizə əsasən deyə bilərik ki, Pakistan heç bir dövlət başçısının bu ölkəyə səfəri zamanı belə qarşılama mərasimi təşkil etməyib. 

Qeyd edək ki, Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR